Azərbaycanda bu il suvarma, meliorasiya işlərinin görülməsi, sel və daşqınlara qarşı mübarizə məqsədilə 261 milyon manat xərclənəcək

11:57 9 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 09 Yanvar 2015 11:55 ]


Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda bu il kənd təsərrüfatı əkin sahələrini suvarma suyu ilə təmin etmək, meliorasiya  və irriqasiya sistemlərinin istismarını təşkil etmək, meliorasiya olunmuş torpaqlardan şor suları kənarlaşdırmaq, sel və daşqın sularına qarşı mübarizə tədbirlərini və bu sahədə digər tədbirləri həyata keçirmək üçün ayrılan vəsaitin həcmi açıqlanıb. 

 

APA-nın Maliyyə Nazirliyinin təqdim etdiyi “Vətəndaşın büdcə bələdçisi” kitabına istinadən verdiyi məlumata görə, 2015-ci ilin dövlət büdcəsində bu məqsədlə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 261 milyon manat ayrılıb.

 

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə isə dövlət torpaq kadastrı, torpaqların monitorinqi, yer quruluşu, geodeziya, topoqrafiya, xəritəçəkmə, qravimetriya, torpaq islahatı, torpaqların münbitliyinin bərpası və artırılması, torpaq bazasının təşkili, torpaq-hüquq münasibətlərinin tənzimlənməsi, ərazi vahidlərinin müəyyən edilməsi və torpaqla bağlı digər işləri təşkil etmək üçün və həyata keçirmək üçün 15,8 milyon manat ayrılması nəzərdə tutulub. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR