Rusiya Azərbaycanla sərhəddə yeni hərbi baza tikir

Rusiya Azərbaycanla sərhəddə yeni hərbi baza tikir.

Metbuat.az-ın məlumatına görə, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.

Bildirilib ki, Rusiya Müdafiə Nazirliyi Xəzərdə yeni hərbi-dəniz bazasının tikintisinə başlayıb. Bazaya donanmanın bütün raket gəmiləri yerləşəcək.

Ekspertlər qeyd ediblər ki, yeni baza Rusiyanın Xəzər regionunda və Yaxın Şərqdə hərbi-siyasi strategiyasının ən mühüm elementinə çevriləcək. Müdafiə Nazirliyindəki mənbələrin məlumatına görə, bazanın tikintisi 2020-ci ilə qədər başa çatacaq, nazirlik HDQ-nin Xəzərdə əsas bazası olacaq hərbi limanın tikintisini də yekunlaşdırmağı planlaşdırır.

Layihə üzrə yalnız liman deyil, həm də döyüş sursatları, hospital, hərbi qulluqçular üçün kazarma və zabit heyəti üçün mənzillər tikiləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR