"250 manata mənzil sahibi olacaqsınız" - Yalan reklam, yoxsa...

“Ayda 250 manat ödəməklə ev sahibi olacaqsınız”, yaxud “Faizsiz kreditlə Bakıda ev ala biləcəksiniz” və s.

Bu gün bəzi şirkətlər müştəri cəlb etmək məqəsdilə yalan reklamlar hazırlayır. Sərfəli imkanların təklif olunduğu reklamların yalan olması şirkətlə əlaqə saxladıqdan sonra üzə çıxır.

Hüquqşunas Vüqar Səfərli Metbuat.az-a açıqlamasında bildirir ki, həqiqətə uyğun olmayan reklam yolverilməzdir:

“Bu cür reklamlar indi televiziya və saytlarda kütləvi şəkildə yayılıb. Şirkətlər bu cür reklamlarla istehlakçını sanki “ələ salırlar”. Əslində isə reallıq tamam başqadır. Bunlar istehlakçı hüquqlarının pozulmasıdır. Bu cür reklamlar kütləvi hal alarsa, İnzibati Xətalar Məcəlləsində reklam qaydalarının pozulması ilə bağlı müvafiq cərimələr var. Bununla bağlı müvafiq dövlət orqanı, yaxud da istehlakçı şikayət edə bilər”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Azərbaycanda buzlaşma gözlənilir - Xəzərin sahili DONACAQ... – OXUMAQ ÜÇÜN TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR