Azərbaycanın qızıl bazarındakı vəziyyət dəyərləndirildi

Azərbaycanın qızıl bazarındakı vəziyyət dəyərləndirildi
12:03 9 Yanvar 2015
173 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 9 yanvar /Trend/

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən 2014-cü ildə sahibkarlar tərəfindən edilmiş müraciətlərə əsasən 150 xüsusi razılıq (lisenziya) verilib.

Trend-in Maliyyə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, onlardan 14-ü qiymətli metalların və qiymətli daşların emalı və istifadəsi, 135-i dövriyyəsi, 1-i istehsalı və 14-ü xüsusi razılığın (lisenziyanın) surətini təşkil edib, 13 lisenziyanın fəaliyyəti dayandırılıb, 6 lisenziya ləğv edilib, 78,6 min manat məbləğində dövlət rüsumu ödənilib.

Dövlət Xidməti tərəfindən "Qiymətli metallar və qiymətli daşlar haqqında" Qanununun tələblərinə əməl edilməsinə riayət edilməsi məqsədilə 2014-cü ildə 15 sahibkarlıq fəaliyyəti subyektində «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Qanuna əsasən yoxlama aparılıb.

Aparılan yoxlamalar nəticəsində sahibkarlıq subyektlərindən ekspertiza, analiz, əyarlanma və damğalanma məqsədilə 2014-cü ildə 5816 ədəd məmulatın Dövlət Xidmətinə gətirilməsi təmin edilib. Onların üzərində mənşəyi məlum olmayan ad və əyar damğa izləri aşkar edilib, bu izlər təmizlənmiş və məmulat müvafiq əyarlara uyğun dövlət əyar damğası ilə damğalanıb.

Yol verilmiş nöqsanlarla əlaqədar qanun pozuntusu aşkar edilmiş sahibkarlar barədə inzibati xətalar üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında qərar çıxarılmış və ümumilikdə 18 min manat məbləğində inzibati cərimə ödənilmişdir.

Dövlət Xidmətinə ekspertiza, analiz, əyarlanma və damğalanmaq üçün daxil olmuş qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına görə 2014-cü ildə 1 milyon 217 min manat dövlət rüsumu ödənilmişdir. Ümumilikdə Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən 2014-cü il ərzində 1,3 milyon manat vəsaitinin dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir.

İl ərzində Xidmət tərəfindən Azərbaycan Respublikasının “Qiymətli metallar və qiymətli daşlar haqqında” Qanununun tələblərinə əməl edilməsinə nəzarət etmək məqsədi ilə sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət tədbirləri ilə yanaşı, müvafiq qanunvericilik aktlarının izahı ilə bağlı sahibakarlıq fəaliyyəti subyektlərinə mütəmadi olaraq izahat və xəbərdarlıq məktubları göndərilmiş, hüquq və vəzifələrinin izahı ilə bağlı zona müşavirələri keçirilmişdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2351321.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR