Avtobus dərdini kimə deyək?

Avtobus dərdini kimə deyək?
12:05 9 Yanvar 2015
171 Sosial
Ölkə mətbuatı
A- A+

Ötən gün paytaxtın Yeni Günəşli, Yasamal, Binəqədi, Biləcəri, Bayıl istiqamətində hərəkət edən marşrutlardan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə şikayətlər daxil olub.

Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Bakı Sərnişin və Yük Daşımalarının Təşkili İdarəsinin rəis müavini Əmrah Cəfərov AzərTAc-a bildirib ki, bu istiqamətlərdə sərnişin avtobuslarının ləngiməsi kimi hallar əsasən onların sistemlərinin donması səbəbindən baş verib. Bununla bağlı olaraq, dərhal çilingərlərdən ibarət 2 operativ qrup yaradılıb və marşrut avtobuslarının işlək vəziyyətə gətirilməsi üçün əraziyə yola salınıblar.

Eyni zamanda, hansı yollarda ki avtobusların hərəkəti mümkün deyil, həmin yollara qum-duz qarışığının səpilməsi üçün əlaqədar qurumlara müraciət olunub.

Bəzi marşrutların gecə saat 00.00-dək işləməməsi ilə bağlı sualı cavablandıran Ə.Cəfərov bununla bağlı “qaynar xəttə” hər hansı şikayətin daxil olmadığını bildirib: “Bu gün də paytaxtda avtobuslar marşrut xətlərinə adi günlərdə olduğu kimi, cədvəl üzrə çıxarılıb və gecə saat 00.00-dək sərnişinlərin mənzil başına çatdırılması təmin ediləcək. Sərnişinlərdən hər hansı bir problemlə üzləşdikdə idarədə yaradılan “qaynar xəttə” (012-561-76-28) müraciət etmələri xahiş olunur”.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR