Ermənistanda kürd problemi (FOTO)

Ermənistanda kürd problemi (FOTO)
12:06 9 Yanvar 2015
108 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənilərlə yanaşı yəzidi kürdlər də Ermənistanı tərk etməyə başlayıblar.

ANS PRESS-in məlumatına görə, bu barədə erməni mətbuatına müsahibəsində Ermənistan Yezidiləri İttifaqının sədri Əziz Tamoyan bildirib.

Onun sözlərinə görə, yezidi kürdlərin yaşadığı bir çox kəndlər boşalmağa başlayıb. “Bizim kəndlərdə iş yoxdur. Heyvandarlıq isə həddindən ağır işdir” deyən Əziz Tamoyanın sözlərinə görə, Ermənistan məmurları yezidilərə bu işlə məşğul olmağa mane olurlar.

Erməni məmurlar yezidi köçlərinin yaylaqlara qalmasını əngəlləyirlər. Məsələn, Şirak vilayətinin kəndlərindən birində üç aylıq müddətə yaylağa qalxan yezidilər geri döndükdə kəndin başçısı onlara 2,5 milyon dram (həmin vaxtkı məzənnə ilə təxminən 6 min dollar) cərimə yazıb.

“Əgər yezidilərə dağlara qalxmaq qadağan edilərsə, onlar heyvanlarını necə saxlayacaqlar? Belə olarsa, yaylaqlardakı örüşlər də baxımsız qalacaq. Elə edirlər ki, yezidilər heyvanlarını satıb Ermənistanı tərk etsinlər”,- deyə Tamoyan vurğulayıb.

Sayı dünyada 0,7 milyona çatan yezidilər kürdlərin İslamdan əvvəlki inancı olan saabiliyin dəyişmiş formasına ibadət edirlər. Yezidilərin eradan əvvəl 2-ci əsrdə Orta Asiyadan İrana girmiş və 7-ci əsrə qədər İran ordusunu nəzarətdə saxlamış yarımköçəri qor və sor tayfalarını nəsli olduğu güman edilir. Onlar İrana girsələr də zərdüşti inancını qəbul etməyiblər. Yezidi inancı 13-cü əsrə qədər türk yakut (saxa) tanrıçılığı ilə tamamilə eyni idi. Hər iki dində Günəş və ağ at Tanrının simvoludur. Həmçinin Tanrıdan əlavə hər iki dində dünyanın mələklər tərəfindən idarə edilməsi barədə təsəvvürlər var. Saxalar mələkələrə “eye”, yəni yiyə deyirlər. Adını Yəzdan (Tanrı) sözündən götürmüş yezidi inancı ilə tanrıçılıq arasında fərqlər 12-cü əsrdə yarandı. Bu fərqlər Livan ərəbi Şeyx Adi ibn Müsafir tərəfindən daxil edildi. O, İslamdan götürdüyü elementlərlə Mələk Tavusu (Şeytanı) baş mələk elan etdi, yezidi kürdləri arasında şeytanı söymək qadağan edildi. Beləliklə, yezidilik satanist elementlər daşımağa başladı ki, bu, çevrədə yaşayan müsəlman kürdlər tərəfindən düşmənçiliklə qarşılandı. Həmçinin, yezidilikdə Hindistandan götürülmüş kasta sistemi tətbiq edildi, onlar şeyxlərə, pirlərə, mirlərə və müridlərə bölündü. Hazırda yezidilər əsasən Şimali İraqda yaşayır, mütəmadi olaraq müsəlman kürdlər və İŞİD tərəfindən hücumlara məruz qalırlar.

Ermənistanda 50 min yezidi yaşayır və rəsmi dairələr bilərəkdən onların sayını 35 minə salırlar. Rusiya mafiyasının qətlə yetirilmiş lideri Ded Hasan (Aslan Usoyan) da milliyyətcə yezidi kürdüdür.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=318642

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR