Bakıda baş verən ağır yol qəzasında ölənlərin adları açıqlanıb - YENİLƏNİB

12:07 9 Yanvar 2015
287 Digər
Ölkə mətbuatı
A- A+

[ 09 Yanvar 2015 11:53 ]


Bakı. Fuad Cəfərov - APA. Bakıda baş verən yol qəzasında ölən şəxslərin adları məlum olub.

 

Qaradağ Rayon Polis İdarəsindən APA-ya  verilən məlumata görə, Bakı-Salyan yolunda baş verən qəzada Yasəmən Talıb qızı Sadıqova və Altay Elman oğlu Sadıqov ölüb.

 

Qəza nəticəsində xəsarət alan avtomobilin sürücüsü Yasin Çərkəz oğlu Cabbarov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

 

Baş verən yol qəzası ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb.

 

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qaradağ rayonu ərazisində “Daewoo” markalı minik avtomobili dəmir çəpərlərə çırpılaraq deformasiyaya uğrayıb. Nəticədə avtomobilin sürücüsü, Cabbarov Yasin Çərkəz oğlu avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər sürücünü xilas edərək aidiyyəti üzrə təhvil veriblər. Deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış 2 nəfərin cəsədi isə avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

 

***

10.39

 

Bakı. Hafiz Heydərov – APA. Bakıda ağır yol qəzası baş verib.


 

APA-nın məlumatına görə, hadisə Bakı-Salyan yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

 

“Daewoo” markalı minik maşını yoldan çıxaraq dəmir səkiyə çırpılıb. Nəticədə iki nəfər ölüb, daha iki nəfər xəsarət alıb. Ölənlərin və yaralananların adları hələlik məlum deyil.

 

Hadisə yerinə polis əməkdaşları çıxıb.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR