ATV-dən qovulan Turan İbrahimovun ailəsinə

ATV televiziyasından çıxarılan tanınmış aparıcı Turan İbrahimovun ailəsində ağır itki baş verib.

Metbuat.az bildirir ki, aparıcının babası vəfat edib. Turan İbrahimovun qardaşı Ramin İbrahimov bu barədə "İnstagram" profilində paylaşım edib:

"Babam, Həsən kişi dünyasını dəyişdi. Onu tanıyan hər kəs necə mərd, yaxşı insan olduğunu bilir. Yadıma gəlir ki, uşaq olanda nadinclik edərdim, atam, ya anam əsəbiləşəndə babama sığınardım, ondan nəvaziş görərdim. Allah rəhmət eləsin, məkanı cənnət olsun".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR