Azərbaycanda saxta zərgərlik məmulatları var

Azərbaycanda saxta zərgərlik məmulatları var
12:11 9 Yanvar 2015
351 Ölkə
Ölkə mətbuatı
A- A+

2014-cü ildə Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən 1,3 milyon manat vəsaitinin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən 2014-cü ildə sahibkarlar tərəfindən edilmiş müraciətlərə əsasən 150 xüsusi razılıq (lisenziya) verilib.

Onlardan 14-ü qiymətli metalların və qiymətli daşların emalı və istifadəsi, 135-i dövriyyəsi, 1-i istehsalı və 14-ü xüsusi razılığın (lisenziyanın) surətini təşkil edib, 13 lisenziyanın fəaliyyəti dayandırılıb, 6 lisenziya ləğv edilib, 78,6 min manat məbləğində dövlət rüsumu ödənilib.

Dövlət Xidməti tərəfindən «Qiymətli metallar və qiymətli daşlar haqqında» Qanununun tələblərinə əməl edilməsinə riayət edilməsi məqsədilə 2014-cü ildə 15 sahibkarlıq fəaliyyəti subyektində «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Qanuna əsasən yoxlama aparılıb.

Aparılan yoxlamalar nəticəsində sahibkarlıq subyektlərindən ekspertiza, analiz, əyarlanma və damğalanma məqsədilə 2014-cü ildə 5816 ədəd məmulatın Dövlət Xidmətinə gətirilməsi təmin edilib. Onların üzərində mənşəyi məlum olmayan ad və əyar damğa izləri aşkar edilib, bu izlər təmizlənmiş və məmulat müvafiq əyarlara uyğun dövlət əyar damğası ilə damğalanıb.

Yol verilmiş nöqsanlarla əlaqədar qanun pozuntusu aşkar edilmiş sahibkarlar barədə inzibati xətalar üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında qərar çıxarılıb və ümumilikdə 18 min manat məbləğində inzibati cərimə ödənilib.

Dövlət Xidmətinə ekspertiza, analiz, əyarlanma və damğalanmaq üçün daxil olmuş qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına görə 2014-cü ildə 1 milyon 217 min manat dövlət rüsumu ödənilib. Ümumilikdə Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən 2014-cü il ərzində 1,3 milyon manat vəsaitinin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

İl ərzində Xidmət tərəfindən Azərbaycan Respublikasının “Qiymətli metallar və qiymətli daşlar haqqında” Qanununun tələblərinə əməl edilməsinə nəzarət etmək məqsədi ilə sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət tədbirləri ilə yanaşı, müvafiq qanunvericilik aktlarının izahı ilə bağlı sahibakarlıq fəaliyyəti subyektlərinə mütəmadi olaraq izahat və xəbərdarlıq məktubları göndərilib, hüquq və vəzifələrinin izahı ilə bağlı zona müşavirələri keçirilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=318643

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR