Goranboy sakini: "Ölümümdə özüm günahkaram"

12:12 9 Yanvar 2015
116 Digər
Ölkə mətbuatı
A- A+

Goranboy rayon sakininin intihar etməsi faktı üzrə cinayət işi başlanıb
Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 6-da Goranboy rayon sakini Bəxtiyar Əhmədovun intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilib, şahidlər, o cümlədən mərhumun arvadı və oğlu dindirilib, digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

B.Əhmədovun hər hansı konkret şəxs tərəfindən özünü öldürmə həddinə çatdırılması barədə hazırkı vaxtadək istintaqa məlumat daxil olmayıb. Hadisə baş verən gün meyidin üzərinə baxış keçirilərkən şalvarının cibindən yaxın qohumlarına ünvanlanmış “ölümümdə özüm günahkaram” sözləri ilə başlayan məktub aşkar edilib.

B.Əhmədovun ölümünün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR