Prezidentlərin Tehran görüşünün vaxtı məlum oldu

Rusiya, Azərbaycan və İran prezidentləri Vladimir Putin, İlham Əliyev və Həsən Ruhani arasında keçiriləcək üçtərəfli görüşün tarixi bəlli olub.

İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məmmədrza Nəcəfi bildirib ki, görüş bu il noyabrın 1-də Tehranda baş tutacaq.

Görüşdə ölkələr arasında regional əməkdaşlığa dair məsələlər müzakirə ediləcək.

Prezidentlərin ikitərəfli görüşləri də nəzərdə tutulur. //APA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR