Albalı Plus-la Dubay alış-veriş festivalına (FOTO)

Albalı Plus-la Dubay alış-veriş festivalına (FOTO)
12:16 9 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Albalı Plus-la şoppinq festivalları artıq ənənəyə çevrilib.

Bu festivalların bəziləri birbaşa Albalının adı ilə bağlıdır. Albalı Plus həm də ən dəbdəbəli alış-veriş festivallarının iştirakçısıdır və bu festivallarda kartın öz müştərilərinə xüsusi hədiyyələri olur. Albalı Plus bu ənənəni davam etdirərək, daha bir möhtəşəm şoppinq festivalında iştirak edənlər üçün xüsusi hədiyyələr hazırlayıb.

Dünyanın şoppinq həvəskarlarının Dubaya üz tutduğu bu günlərdə, 20-ci Dubay alış-veriş Festivalında ən sərfəli iştirakçıları Albalı Plus kart sahibləri olacaq. Yanvarın 1-dən fevralın 1-dək davam edən Dubay Festivalında alış-veriş edən Albalı Plus kart sahibləri sms-taksit xidmətindən əlavə 1 taksit hədiyyə qazanacaqlar.

Qeyd edək ki, Unibank-ın sms-taksit xidmətinə əsasən, bankın partnyoru olmayan ticarət və xidmət obyektlərində aparılan əməliyyatları da taksitlə ödəmək mümkündür. Bu xidmət Unibank kartı ilə başqa bankların pos-terminallarında, internetdə aparılan əməliyyatların 3 və 6 taksitlə ödənişinə imkan verir. Belə ki, Albalı Plus kartı ilə başqa bankın pos-terminalında və internet saytlarda əməliyyat etdikdə, müştəriyə qalıq balans haqqında gələn mesajın sonunda ödənişin taksitlərə bölünməsini istəyib-istəmədiyi soruşur. Müştəri 3 və ya 6 taksiti seçmək istədiyi haqda məlumatı və müvafiq kodu qeyd olunan müddətdə 8893-ə göndərərək, taksit xidmətindən faydalana bilir.

Dubay festivalı boyu isə Albalı Plus kart sahiblərinə əlavə 1 taksit də hədiyyə ediləcək.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Unibank-ın saytından (http://www.unibank.az) və yaxud bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

ALBALI PLUS - arzuları reallaşdıran kart.

Unibank – hər kəsin bankı.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=26&nid=318637

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR