Rəqsanənin yardımı başına bəla oldu - VİDEO

Rəqsanənin yardımı başına bəla oldu - VİDEO
12:17 9 Yanvar 2015
473 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Rəqsanə İsmayılova ilə maddi kömək etdiyi qadın arasında narazılıq yaranıb. Milli.Az atvxəbər.az-a istinadən bildirir ki, bu dəfə "Öz aramızda"nın canlı efirində Rəqsanə İsmayılovanın maddi yardım etdiyi qadın müğənninin köməyindən imtina edib. Rəqsanə ortada qalan pullarını digər ehtiyacı olan şəxsə verib. Hər kəs müğənninin bu addımını alqışlayıb. Rəqsanə İsmayılova söz verib ki, qadının ona qarşı belə etməsinə baxmayaraq o yenə verilişin prodüseri Faiq Ələkbərli vasitəsilə qadına və ailəsinə Allaha xatir köməklik edəcək.

Xatırladaq ki, aylar öncə həmin səhhətində problem olan qadına və qızına maddi kömək edən müğənni R. İsmayılova qızı Yağmurla studiyaya 1500 dollar yollayıb. Canlı efirdə həmin qadını və qızını öhdəliyinə götürdüyünü deyən ifaçı söz verib ki, hər ay onlara 500 dollar yardım edəcək. Lakin qadın Rəqsanə İsmayılovaya bildirib ki, həmin pulu anasının borclarına verib və müğənni ona yenə pul yollamalıdır. Hər gün müğənniyə mesajlar yazan qadınla Rəqsanə arasında qarşıdurma yaranıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/318077.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR