İraqda terror aktı törədildi - Ölənlər var

İraqın Əl-Ənbar əyalətində terror aktı törədilib. Hit yaşayış məntəqəsindəki kafelərin birində kamikadzenin özünü partlatması nəticəsində azı 7 nəfər həlak olub.

Metbuat.az-ın məlumatına görə, daha 8 mülki şəxs yaralanıb. Dərhal xəstəxanaya çatdırılan yaralılardan bəzilərinin vəziyyəti ağırdır. Bildirilir ki, həmin kafedə adətən gənclər toplaşırmış.

Terorçu da həmin zamanı və məkanı əbəs yerə seçməyib. Partlayışdam sonra ərazidə komendant saatı tətbiq olunub. Terrorçu ilə əlaqədə şübhəli blinən şəxslərin axtarışları aparılır.

Sübhan / METBUAT.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR