Adriano futbola qayıdır

Braziliya millisinin sabiq futbolçu Adriano yenidən futbola qayıtmaq istədiyini açıqlayıb.

Metbuat.az-ın məlumatına görə, yerli mətbuata açıqlama verən veteran hücumçu oynamaq gücündə olduğunu deyib:

“Özümü yeni bir layihə üçün hazırlayıram, qarşıdakı aylarda məşqə başlayacam. Özümü futbola başlayacaq gücdə görürəm. Karyeramı istədiyimi kimi sürmədim. Buna görə çox üzgünəm. Karyeramı yarımçıq hekayə kimi görürəm".

Qeyd edək ki, 35 yaşlı futbolçu İtaliyada "Parma", “İnter”və “Roma” klublarında çıxış edib. O, Braziliya millisində 50 oyun keçirib və 29 qol vurub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR