Peşmərgə dəstələri geri addım atdı - Ərbil-Mosul yolu açıldı

İraqın şimalındakı kürd muxtariyyətinin peşmərgə dəstələri Ərbil-Mosul yolunu açıb.

Metbuat.az-ın məlumatına görə, magistralda gediş-gəliş artıq bərpa olunub. Xatırladaq ki, bu gün səhər saatlarında peşmərgə dəstələri magistralda hərəkəti məhdudlaşdırmışdı.Ərbil polis idarəsindən bildirilmişdi ki, yolun bağlanılmasına səbəb İraq ordusunun Kərkük əyalətində hücum əməliyyatına hazırlaşmasıdır.

İddia olunur ki, Kərkük yaxınlığında olan “Haşdi Şabi” qruplaşması da ətrafdakı kənd sakinlərini kürd silahlılarına qarşı birgə mübarizəyə çağırır.

Yerli sakinlər bölgədə vəziyyətin həddindən artıq gərgin olduğunu və hər an silahlı qarşıdurmanın baş verə biləcəyini bildirir.

Sübhan / METBUAT.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR