Cəlilabadda minik avtomobili yük maşını ilə toqquşub, 1 nəfər yaralanıb

Cəlilabadda minik avtomobili yük maşını ilə toqquşub, 1 nəfər yaralanıb
22:37 12 Oktyabr 2017
126 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabad. 12 oktyabr. REPORT.AZ/ Cəlilabadda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun rayonun Maşlıq kəndindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı "Kamaz" markalı yük və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub.
Hadisə nəticəsində "VAZ-2107" markalı avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri alıb. Yaralı sürücü dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/celilabadda-minik-avtomobili-yuk-masini-ile-toqqusub-1-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR