Yevlaxda iki nəfər bədbəxt hadisə zamanı ağır xəsarət alıb

Yevlaxda iki nəfər bədbəxt hadisə zamanı ağır xəsarət alıb
22:47 12 Oktyabr 2017
160 Ölkə
Ölkə mətbuatı
A- A+

Yevlax. 12 oktyabr. REPORT.AZ/ Yevlaxda iki yerli sakin bədbəxt hadisələr nəticəsində xəsarət alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisələrdən biri rayonun Qaramanlı kəndində baş verib.
1969-cu il təvəllüdlü kənd sakini Elmira Əli qızı Quliyeva həyətyanı sahədə üzüm yığan zaman hündürlükdən yıxılaraq müxtəlif bədən xəsarətləri alıb. Digər bədbəxt hadisə isə rayonun Aşağı Qarxun kəndində baş verib. Həmin kəndin sakini, 1964-cu il təvəllüdlü Səfər Qara oğlu Quliyev evində iş görən zaman laqonda ilə ayağını kəsərək xəsarət alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib və hər iki faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/yevlaxda-iki-nefer-bedbext-hadise-zamani-agir-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR