Bakı ilə Naxçıvan arasında dəmir yolu əlaqəsi yaradılacaq

Bakı ilə Naxçıvan arasında dəmir yolu əlaqəsi yaradılacaq
13:37 13 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 oktyabr. REPORT.AZ/ Bakı ilə Naxçıvan arasında dəmir yolu əlaqəsinin yaradılması Türkiyə və ya İran üzərindən mümkün ola bilər.
"Report" xəbər verir ki, bununla bağlı "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov məlumat verib.
C.Qurbanovun sözlərinə görə, bu layihənin reallaşması üçün iki variant mövcuddur: "Qarsdan Sədərəkə dəmir yolu xətti çəkilə bilər. Bu isə Türkiyənin ərazisidir və bu layihənin dəyəri 2-2,5 mlrd. dollar təşkil edir. Türkiyə dövlətinin bu maliyyəni nə vaxt ayıracağı məlum deyil".
"Digər tərəfdən, İranda Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üçün yol tikilir. Bu yolun maliyyə dəyəri 1 mlrd. dollar təşkil edir. İran tərəfi yolun torpağını almağı öhdəsinə götürüb. Bütün bu tikinti işləri yekunlaşandan sonra, İrandan keçməklə, yəni 1 450 km ötməklə Bakıdan Naxçıvana məsafə qət edə biləcəyik. Qeyd edim ki, dövlət başçısı da bu layihənin reallaşmasında maraqlıdır", - deyə "Azərbaycan Dəmir Yolları" başçısı əlavə edib.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/baki-ile-naxcivan-arasinda-demir-yolu-elaqesi-yaradilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR