Azərbaycanda ticarət və xidmət sektoruna kredit qoyuluşu 15% azalıb

Azərbaycanda ticarət və xidmət sektoruna kredit qoyuluşu 15% azalıb
13:52 13 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 oktyabr. REPORT.AZ/ Azərbaycanda ticarət və xidmət sektoruna kredit qoyuluşunda ilin əvvəlindən başlayan azalma avqust ayı ərzində də davam edib. Belə ki, bu sektora kreditlərin həcmi avqust ayı ərzində 2,5%, ilin əvvəlindən isə 14,5% azalaraq cari il sentyabrın 1-nə 2 108,5 mln. manat təşkil edib.
“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Hesabata əsasən, ticarət və xidmət sektoruna kreditlərin cəmi kredit qoyuluşunda xüsusi çəkisi isə əksinə, ilin əvvəlindəki 15%-dən 17%-ə yüksəlib.
Qeyd edək ki, ölkə iqtisadiyyatına kredit qoyuluşu bu il sentyabrın 1-nə 12 376,6 mln. manat təşkil edib. Bunun da 1 824,0 mln. manatının və ya 14,7%-nin ödəmə vaxtı keçib. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-ticaret-ve-xidmet-sektoruna-kredit-qoyulusu-15-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR