Azərbaycan əhalisi bu il banklara 652 mln. manat faiz ödəyib

Azərbaycan əhalisi bu il banklara 652 mln. manat faiz ödəyib
17:42 13 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən nominal ifadədə 8% artaraq 36,247 mlrd. manata çatıb.
“Report” Dövət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, gəlirlərin əhalinin hər nəfərinə düşən həcmi isə orta hesabla 3 728 manat və yaxud ayda 414,2 manat təşkil edərək 6,9% artlb.
Bu dövr ərzində gəlirlərin 85,8%-i son istehlak xərclərinə, 8,5%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,8%-i (təxminən 652 mln. manatı) faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 3,9%-i isə yığıma yönəldilib.
Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 33 157,3 mln. manatlıq vəsait qalıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-ehalisi-bu-il-banklara-652-mln-manat-faiz-odeyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR