Azərbaycanın U-17 milli komandası böyük hesabla məğlub olub

Azərbaycanın U-17 milli komandası böyük hesabla məğlub olub
19:17 13 Oktyabr 2017
94 İdman
Ölkə mətbuatı
A- A+

Sofiya. 13oktyabr. REPORT.AZ/ Azərbaycan yığması 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində ikinci oyununu keçirib.
“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, Bolqarıstanın Qorna Oryaxovitsa şəhərindəki "Lokomotiv" stadionunda Ukrayna yığmas ilə qarşılaşan Mirbağır İsayevin rəhbərlik etdiyi Azərbaycan millisi 6:1 hesabı ilə məğlub olub.
Qarşılaşmanın ilk hissəsi 3:1 hesabı ilə Ukrayna millisinin xeyrinə başa çatıb. Fasilədən sonra ukraynalı futbolçular Azərbaycan millisinin qapısından daha 3 cavabsız top keçiriblər.
Millimiz ilkin seçmə mərhələdə növbəti - sonuncu oyununu oktyabrın 16-da meydan sahibi Bolqarıstan millisinə qarşı keçirəcək. 
Qeyd edək ki, qrupun digər oyununda meydan sahibləri Bolqarıstan yığması İrlandiya millisi ilə qarşılaşır.
13oktyabr
XI qrup
Ukrayna U-17 – Azərbaycan U-17 – 6:1
Qollar: M. Mudryk 3, (1-0), R.Yakuba 15, (2-0), İ. Zülfüqarlı 17, (2-1), D.Sikan 35, (3-1), A.Aussi 62, (4-1), S.Biblyk 78, (5-1), A.Shulianskyi 80+1, (6-1).

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/azerbaycanin-u-17-milli-komandasi-boyuk-hesabla-meglub-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR