"Binanı söküb, insanları evlərindən çıxardırlar"

Bakının Nəsmi rayonu Dilarə Əliyeva küçəsi 141 ünvanında (Qış parkının yanı) sakinlər yaşadıqları binadan köçürülürlər.

Bu barədə bina sakinləri Metbuat.az-a müraciətlərində bildiriblər ki, həmin ərazidə söküntü işləri gedib, ancaq yaşadıqları bina normal olduğu üçün söküntüsünə razılıq verməyiblər:

“Hazırda binanın altını qazıdıqları üçün divarlar başımıza uçur. Məcburi şəkildə insanları evlərindən çıxardırlar”.

Şikayətçilərin iddiasına görə, söküntü Tamilla İbrahimova adlı şəxs tərəfindən aparılır.

Məsələ diqqətimizdədir....


Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR