"Məhərrəmlik mənə düşdü..." - Həbsdən çıxan Maral Tahirqızı - YENİLƏNİB

"Məhərrəmlik mənə düşdü..." - Həbsdən çıxan Maral Tahirqızı - YENİLƏNİB
12:50 14 Oktyabr 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

12:25

"Hər kəsə təşəkkürümü bildirirəm. Oktyabrın 9-da azadlığa qovuşmuşam. Saat 7-8 radələrində evimə gəldim. Sağlamlığım da yerindədir". 

Milli.Az xəbər verir ki, bu sözləri qafqazinfo-ya açıqlamasında həbsdən çıxan ifaçı Maral Tahirqızı deyib. Müğənni deyib ki, həbsxanada xeyli sayda dost qazanıb:

"Səsim də gur-gur guruldayır. Məhərrəmlik ayı mənə düşdü, böyük kömək oldu, qapılarım açıldı. Yenidən yaradıcılığıma başlayacam. Məni sənətdən heç kəs ayıra bilməz. Allah verən bir səsdir. Həbxanada gözəl xanımlar var. Hərdən deyirəm ki, onların yeri həbsxana deyil. Yüksək vəzifəli, mədəni qadınlar da var. Mən heç vaxt cinayətkarları dəstəkləmirəm. Amma bu, insanın həbsxanaya düşmə səbəbindən asılıdır". 

---------

11:27

Milli.Az xəbər verir ki, həbsdən çıxan müğənni Maral Tahirqızı jurnalislərin onunla əlaqə saxlamaq cəhdlərinin baş tutmamasını internetinin zəif olması ilə əlaqələndirib və Facebook profilində bunu özünəməxsus şəkildə izah edib: 

"Üzr istəyirəm, internetin ekranının yarısı açılmır, nasazlıq yaranıb. Ekranı sifariş etmişəm, yaxın günlərdə tam açılacaq"

----------

10:39

Həbsdən çıxan müğənni Maral Tahirqızı sosial şəbəkədə status paylaşıb və hər kəsi salamlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, 2015-ci ildə 3 il müddətinə həbs edilən və vaxtından əvvəl azadlığa çıxan müğənni dostlarını salamlayıb: "Əziz dostlarımı ürəkdən salamlayıram. Məni unutmayanlara, sevdiklərimə salamlarımı göndərirəm".

Maral Tahirqızı müğənniliyə davam edəcəyini əlavə edib: "Bundan sonra daha güclü oxuyacam, səsimin üstünə səs gəlib". 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/590205.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR