Kot-Divuarda yük təyyarəsi qəzaya uğrayıb, 4 nəfər ölüb, 6 nəfər yaralanıb

Kot-Divuarda yük təyyarəsi qəzaya uğrayıb, 4 nəfər ölüb, 6 nəfər yaralanıb
17:02 14 Oktyabr 2017
31 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 oktyabr. REPORT.AZ/ Kot-Divuarda yük təyyarəsinin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb, 6 nəfər yaralanıb
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Kot-Divuarın daxili işlər naziri Sidiki Diakite məlumat verib. 
Onun sözlərinə görə, ölənlərin hamısı Moldova vətəndaşlarıdır: "Yaralılardan isə 4-ü Fransa, 2-si Moldova vətəndaşıdır. Onlardan ikisinin vəziyyəti ağırdır". 

***14:52
Kot-Divuarda Ukrayna şirkətinə məxsus yük təyyarəsi qəzaya uğrayıb. 
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, təyyarə bu gün, yerli vaxtla saat 08:30-da Kot-Divuarın paytaxtı Abican hava limanından qalxdıqdan qısa müddət sonra dənizə düşüb. 
Təyyarənin göyərtəsində Fransa Silahlı Qüvvələrinə məxsus yük olduğu bildirilir.   
Qəzaya fırtınanın səbəb olduğu və 4 nəfər ölduyü vurğulanıb. 



Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/kot-divuarda-yuk-teyyaresi-qezaya-ugrayib-4-nefer-olub-6-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR