Erməniləri "qazanan" Rusiya Qafqazı itirə bilər

Erməniləri "qazanan" Rusiya Qafqazı itirə bilər
12:32 15 Oktyabr 2017
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyanın Ermənistana silah almaq üçün ayırdığı 200 milyon dollarlıq kreditin ilk tranşı artıq təsdiqlənib. Ermənistan vəsaitin yüz milyonunu əldə edəcək. Əslində isə hər nə qədər kredit donu geyindirilməyə çalışılsa da bu rəsmi Moskvanın İrəvanı, təmənnasız silahlandırmasından başqa bir şey deyil.

2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb.

Ermənistan hökuməti oktyabrın 12-də 100 milyon dollarlıq birinci kredit paketini təsdiq edib.

Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub.

Həmin vəsaitə Ermənistan "Smerç" reaktiv sistemləri, "İqla - S" zenit raket kompleksləri, "Avtobaza - M" radiotexniki kəşviyyat kompleksləri, TOC - 1A "Solnsepyok" ağır odsaçan sistemləri və digər sursatlar alacaqdır.

Rusiya ilə Ermənistan arasında sözügedən 200 milyoon dollarlıq dırnağarası kredit sazişi hələ 2015-ci ildə imzlanmışdı. İki gün əvvəl Ermənistan tərəfi kreditin yarısının, yəni 100 milyon dollarlıq hissəsini alınmasını təsdiqləyib. Əslində Ermənistanın aldığı kreditlərin və borcların geri qaytaracaq iqtisadi gücə və maliyyə imkana malik olmadığı məlumdur. Bunu isə öz forpostuna bələd olan Kreml hər kəsdən daha yaxşı bilir. Digər tərəfdən o da məlumdur ki, Ermənistan Rusiyadan başqa bir ölkədən silah almağa nə imkanı var, nə də cəsarəti. Yəni Moskva öz verdiyi pulu geri alıb əvəzinə silah verir. Bununla da Ermənistanı təmənnasız silahlandırması faktını manipuliyasiya etməyə çalışır. Bu isə Rusiyanın ATƏT-in Minsk qrupunun üzvü kimi missiyasına yanaşı Azərbaycanla olan hərbi əməkdaşlığına da ziddir.

Elə bu dırnağarası kredit sazişin şərtlərindən də görünür ki, bu Rusiyanın Ermənistana təmənnasız yardımından başqa bir şey deyil. Bu vəsaitlə Ermənistan smerç reaktiv sistemləri, İqla-S zenit raket kompleksləri, avtobaza-M radiotexniki kəşfiyyat kompleksləri, solnsepyok ağır odsaçan sistemləri və digər sursatlar alacaq. Hansı ki bütün bu silah sursat və sistemlər Rusiyanın hərbi istehsalı və arsenalına məxsusdur.

Azərbaycan haqlı olaraq Rusiyadan işğalçı Ermənistana yardımların dayandırılmasını və ATƏT-in Minsk qrupunun həmsədri kimi öz missiyasını və üzərinə düşən öhdəlikləri yerinə yetirməsini gözləyir.

Ermənistan Rusiyadan aldığı maliyyə vəsaiti hesabına silahlanır, yəni kreditlə ordu qurur. Daxili siyasətini xaricdəki erməni diasporunun təzyiqləri, xarici siyasətini isə Rusiyanın göstərişləri əsasında formalaşan kompleks tədbirlərin "müəyyənləşdirdiyi" Ermənistan müstəqilliyini çoxdan itirib Cənubi Qafqazda "failed state", yəni "itirilmiş dövlət" statusu ilə kifayətlənmək məcburiyyətində qalan ölkədir.

Ermənistan ordusunun təminatı və idarə olunması səlahiyyətlərini faktiki olaraq Rusiyaya verib. Və bu miskin dövlət Azərbaycanla müdafiə potensialı, habelə hərbi paritet müstəvisində rəqabət aparmaq niyyətindədir.

Bütün sahələrdə olduğu kimi, hərbi-müdafiə potensialının formalaşmasında da tam müstəqil olan Azərbaycan ordusunu ən müasir silahlar və hərbi texnika ilə təmin etməklə yanaşı, erməni işğalında olan ərazilərinin terrorçularla separatçılardan qeyd-şərtsiz azad olunması üçün silahlı qüvvələrini hazır durumda saxlayır.

Ermənistandan fərqli olaraq, Azərbaycan qəbul edəcəyi qərarlarla bağlı kimsədən rüsxət almır.

Göründüyü kimi, Rusiya Ermənistanı müasir silahlarla təchiz edir, təcavüzkar və işğalçı dövlətin hərbi potensialını gücləndirməyə çalışır.

Eyni zamanda, Moskva ilə İrəvan arasındakı sövdələşmə ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiya öz öhdəliklərini pozur, münaqişə tərəflərinin birinə hərtərəfli yardım göstərməklə bitərəflik tələbinə əməl etmədiyini açıq göstərir.

Rusiya bununla nə etmək istəyir, Bakıya nə mesajlar verir?

Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar yolu ilə nizamlanmasında vasitəçi olan Minsk Qrupunun üzvü və həmsədri Rusiya Ermənistanı silahlandırmaqla öhdəliklərini kobud şəkildə pozur.

Rusiyanın erməniləri silahlandırması Moskvanın artıq həmsədr kimi münaqişəni nizamlamaq yox, konflikti idarə etmək istəiyidir.

100 milyonluq kredit anqlaşmasının Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşü ərəfəsində gerçəkləşdiyini nəzərə alsaq, Moskvanın ermənilərin mövqelərinin möhkəmləndirilməsinə istiqamətlənmiş addım atdığını demək olar.

Özünü Moskvanın himayəsində hiss edən, mövqelərinin daha da səbatlı olduğunu düşünən Ermənistan prezidenti Serj Sarkisyanın Cenevrə danışıqlarında nə qədər aqressiv, qeyri-konstruktiv mövqe tutacağını təxminləmək çətin deyil.

Daha konkret olsaq, Rusiyanın məqsədi Cenevrə görüşündə əldə edilə biləcək sonucu indidən deaktivləşdirmək, sıfırlamaqdır. Bu isə Dağlııq Qarabağ münaqişəsinin djinc danışıqlar yolu ilə nizamlanması prosesinə ağır və sarsıdıcı zərbə, regional təhlükəsizliyin təminatı istiqamətindəki işlərin ağırlaşdırılması, kolnfliktik həll imkanlarının azaldılmasına yönəlmiş addımdır.

Rusiyanın Ermənistanı silahlandırması həm də Azərbaycanla olan dostluq, yaxın qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə ziddir, çünki yaşanan olay Moskvanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində heç də bitərəf olmadığını və daha çox Ermənistanın maraqlarına uyğun hərəkət etdiyi aydın görünür.

Son zamanlar bir sıra digər məsələlərdə də Rusiyanın (ÜAK-ın fəaliyyətinin dayandırılması, XİN-in bəyanatları və s. ) nümayiş etdirdiyi anlaşılmaz, ikili standartlı və ziddiyyətli mövqeni xatırlasaq, baş verənlərin Azərbaycanla olan münasibətlərin ruhuna zidd olduğunu deyə bilərik.

Rusiya dərk etməlidir ki, Ermənistanı silahlandırması İrəvanı işğalçılıq siyasətinin daha aktiv davam etdirməsinə həvəsləndirir, Dağlıq Qarabağ probleminin həllini çətinləşdirir.

Ermənistana silah satmaqla beynəlxalq hüququn tələblərini və prinsipləri, habelə anlaşmaları kobud şəkildə pozan Rusiya regiondakı situasiyanı daha da gərginləşdirir.

İrəvanın silah və hərbi texnikanın toplanması istiqamətindəki mövqeyi sülh danışıqları üçün təhlükədir. Bu, ilk növbədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə daimi təhlükədir. Beynəlxalq ictimaiyyət səssizlik saxlayaraq və məşhur ikili standartlar düsturunu tətbiq etməyə davam edərək böyük səhv edir, bu da perspektivdə Brüsselin fəal şəkildə inkişaf etdirdiyi çoxtərəfli diplomatiyanın imic və etibarını daha da korlayacaq.

Rusiya Ermənistanı silahlandırmaqla ilk növbədə Cənubi Qafqazda öz maraqlarına zərbə vurduğunu, Azərbaycan təki strateji və əhəmiyyətli tərəfdaşı ilə münasibətləri sərinləşdirdiyinin fərqindədirmi?

Elçin Alıoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/590398.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR