Bakıda qardaşlar niyə güllələndi?

Bakıda qardaşlar niyə güllələndi?
12:26 9 Yanvar 2015
170 Sosial
Ölkə mətbuatı
A- A+

Ötən gün axşam saatlarında Bakının Qaradağ rayonunda iki qardaşı güllələn şəxs artıq ifadəsini verib.

İşi araşdıran Qaradağ rayon Prokurorluğunun müstəntiqi Yusif Novruzovun ANS PRESS-ə verdiyi məlumata görə, maşında güllələnərək öldürülən 1985-ci il təvəllüdlü Cavid Rəhimov və 1980-ci il təvəllüdlü Cahid Rəhimovun qətlində şübhəli bilinən Zaur Əkbər oğlu Tərlanov hadisəni şəxsi münasibətlər zəmnində törətdiyini bildirib.

“Hadisə şəxsi münasibətlər zəmnində baş verib. Hazırda istintaq aparılır. İstintaq sirri olduğu üçün bəzi detalları açıqlaya bilmərəm”, - deyə Yusif Novruzov bildirib.

ANS PRESS-in əldə etdiyi məlumata görə, qardaşların güllələnməsinə səbəb qısqanclıq olub. Yəni qətl sevgi üstündə törədilib.

Cavid və Cahidin yaşadığı Sahil qəsəbəsinin sakinləri isə milli.az-a bildiriblər ki, onların anası məşhur sələmçi kimi tanınır.
Lakin qətl hadisəsinin sələm məsələləri ilə bağlı olması ehtimalını rəsmilər təkzib ediblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=318647

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR