1000 at güclü Mercedes - FOTO

1000 at güclü Mercedes - FOTO
19:12 15 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Mercedes-AMG şirkəti hibrid hiperkar Project One təqdim edib. Yenilikdə Formula-1 bolidlərindəki yüksək texnologiyadan istifadə olunub. Avtomobil Frankfurt avtosalonu çərçivəsində təqdim ediləcək.

Milli.Az auto.az-a istinadən bildirir ki, Mercedes-AMG Project One dəqiqədə 11 min dövr vura bilən, 1,6-litrlik V6 hibrid güc qurğusu ilə təchiz edilib. Mühərrikdə standart yaylı klapanlar əvəzinə pnevmo paylayıcılardan, o cümlədən elektrikli turbo yükləyicilərdən istifadə edilib.

Avtomobilin arxa hissəsində yerləşdirilmiş daxili yanma xüsusiyyətli mühərrik elektrik mühərriki ilə birgə çalışır. Onların arxa oxa ötürülən ümumi gücü 680 a.g.-dür. Qabaq təkərlərin hər birində əlavə köməkçi elektrik aqreqatı dayanır. Hiperkarın hibrid güc qurğusunun gücü 1000 a.g.-dür.

Elektrik mühərrikləri tökmə-ion akkumulyatorlardan qidalanır. Onlar əyləc zamanı qabaq təkərlərdən enerjinin 80 faizini bərpa edə bilirlər. Yalnız elektrik dartma gücü ilə 25 km məsafə qət etmək olar.

Mercedes-AMG Project One yerindən 100 km/saata 2,5, 200 km/saata isə ən gec 6 saniyəyə sürətlənir. Maksimal sürət 350 km/saatdan artıqdır. Hiperkar yaylı-hidravlik tənzimlənən amortizatorları, karbon-keramik əyləc mexanizmi və 3 cür tənzimləmə variantlı trekşn kontrolu olan yürüş asması alıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/583678.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR