Ermənistan üçün ölüm günü

Ermənistan üçün ölüm günü
12:26 9 Yanvar 2015
117 Dünya
Ölkə mətbuatı
A- A+

12 yanvarın Ermənistan üçün çox ağır keçəcəyi gözlənilir.

ANS PRESS-in məlumatına görə, bu ölkədə Yeni illə bağlı verilmiş ikihəftəlik məzuniyyət yanvarın 12-də bitir. Bu müddət ərzində isə Ermənistan Gömrük məntəqələrində yüklər durmadan yığılır. Gömrükdən keçilmə yanvarın 12-dən etibarən yeni qaydalarla aparılacaq. Ekspertlər bu gündən etibarən Ermənistanda əmtəə böhranının yaşanacağını proqnozlaşdırırlar. Böhran təkcə Gürcüstanla yolun qar səbəbindən bağlanmasına görə olmayacaq.

Ekspertlər Gömrük İttifaqına üzv olmuş Ermənistannın "təcrübə dovşanı" kimi seçildiyini deyirlər. Onlar Putinin Ermənistan üzərində təcrübə apararaq Gömrük İttifaqı layihəsinin praktida necə işlədiyini müəyyənləşdirmək istədiyini deyirlər.

Bu cür təcrübələr isə çox zaman uğursuz olur. Ermənistan iqtisadçıları vahiməylə yanvarın 12-ni gözləyirlər. Yanvarın 12-dəki əmtəə böhranının Ermənistandakı sosial partlayışı daha da dərinləşdirəcəyi gözlənilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=318645

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR