BMW-dən böyük elektrokar - FOTO

BMW-dən böyük elektrokar - FOTO
21:12 15 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

BMW şirkəti Frankfurt avtosalonuna Vision Dynamics adlı konsept-kar gətirib. Yenilik seriyalı modeldən xəbər verir. O, elektrokar i3 ilə idman hibridi i8 arasında yer tutacaq.

Milli.Az auto.az-a istinadən bildirir ki, yeniliyin güc qurğusu barədə hələlik məlumat verilmir. Buna baxmayaraq, şirkətdən bildiriblər ki, avtomobil yerindən 100 km/saata 4 saniyəyə sürətlənə bilər, onun maksimal sürəti 200 km/saatdır. Tam dolu elektrik enerjisi ilə o, 600 km məsafə qət edə bilər.

BMW Vision Dynamics uzun təkər bazası, getdikcə alçalan dam xətti, çox qısa qabaq və arxa kənarlar, o cümlədən böyük şüşələr alıb. Şirkətdən bildiriblər ki, bütün bunlar gələcəkdə avtomatik və yarıavtomatik idarəolunan avtomobillərin hamısı üçün xarakterik cəhətlər olacaq.

Elektrik enerjisi ilə 500-dən 700 km-dək məsafə qət edə biləcək i5-in seriyalı versiyası 2021-ci ildə işıq üzü görəcək. Güman edilir ki, elektrokar 3-cü mərhələyə aid avtonom idarəetmə sistemi alacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/583677.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR