Messinin xanımı 3-cü övlada hamilədir - FOTO

Messinin xanımı 3-cü övlada hamilədir - FOTO
21:57 15 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Argentina yığması və İspaniyanın "Barselona" klubunun forvardı Lionel Messinin xanımı Antonella Rokusso üçüncü övladına hamilədir.

Milli.Az El Mundo-ya istinadən bildirir ki, 29 yaşıl A.Rokusso İnstagram-dakı profilində əri, 30 yaşlı L.Messi, oğulları - 5 yaşlı Tyaqo və 2 yaşlı Matteo ilə birgə fotosunu paylaşıb. Messi ilə oğulları Antonelların qarnına ehmalca toxunurlar.

"Beş nəfərlik ailə", - Rokusso yazıb.

Lionel Messi və Antonella Rokusso bu ilin iyul ayında doğma Rosario şəhərində evləniblər. Toyda 260 qonaq vardı. Messi ilə Rokusso 2011-ci ildən qeyri-rəsmi nikahda yaşayırdılar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/590484.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR