Elif Şafaktan gözlənilməz etiraf - “Biseksualam”

Elif Şafaktan gözlənilməz etiraf - “Biseksualam”
22:05 15 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Məşhur türkiyəli yazıçı Elif Şafak biseksual olduğunu açıqlayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, yazıçı biseksual olduğunu etiraf etmək üçün bu vaxta qədər cəsarət tapmadığını deyib:

"Biz yazıçılar hər zaman bir hekayə ardınca qaçırıq. Eyni zamanda, siyasi və mədəni tabular, səsimizi ucadan çıxara bilmədiyimiz mövzularla da maraqlanırıq. Bunlar bizim cəsarət tapıb haqqında danışa bilmədiyimiz şeylərdir. Lakin, mən həmişə cinsiz azlıqlar, qadın və LGBT haqları haqqında yazmağa çalışmışam".

E.Şafak sözlərinə əlavə edib ki, lağ, nifrət və stiqma hədəfi olmaqdan qorxduğu üçün biseksual olduğunu ictimaiyyətə açıqlamaqdan qorxub:

"Amma düşünürəm ki, vəziyyət çətin olsa belə, səssiz qalmamalıyıq".

Qeyd edək ki, Elif Şafak 1971-ci ildə Strasburqda doğulub. 2009-cu ildə çap edilən "Aşk" romanı ən az müddətdə ən çox satılan türk romanı ünvanına sahib olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/590485.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR