Land Rover-dən Discovery SVX - FOTO

Land Rover-dən Discovery SVX - FOTO
22:12 15 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Britaniyanın Jaguar Land Rover şirkəti yolsuzluq avtomobili Discovery-nin güclü versiyasının - yeni nəsil Land Rover Discovery SVX-in sirrini açıb. Avtomobil Frankfurt-2017 avtosalonunda debüt edəcək.

Milli.Az auto.az-a istinadən bildirir ki, ekstremal yolsuzluq avtomobili Land Rover Discovery SVX-in üzərində Jaguar Land Rover Special Vehicle Operations bölməsinin mütəxəssisləri çalışıblar. Qeyd edildiyi kimi, qarşımızda yeni nəsil Discovery-nin ən güclü versiyası dayanıb.

Avtomobilin mühərrik hissəsində təkmilləşdirilmiş 5-litrlik, sıxıcı kompressoru olan V8 dayanıb. Bu mühərrik 524,81 a.g., 625 Nm fırlanma anına malikdir. Yolsuzluq avtomobili Land Rover Discovery SVX hidravlik sükan idarəetməsi ilə lovğalana bilər. O, təkərlərin yerə yapışmasını, banın idarəetməsini və dartmanı nəzarət altında saxlayır.

Ekstremal yolsuzluq avtomobili Land Rover Discovery SVX-in salonunda üzərində Rush Orange aksenti və X loqotipi olan ikirəngli oturacaqlar görmək olar. Bundan əlavə, sürət qutusunun tutacağı da sükan arxasına keçirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/583680.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR