Skoda-dan təkmilləşdirilmiş Vision - FOTO

Skoda-dan təkmilləşdirilmiş Vision  - FOTO
23:12 15 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Skoda şirkəti Frankfurt-2017 avtosalonunda konseptual yolsuzluq avtomobili Vision E Concept-in təkmilləşdirilmiş versiyasını təqdim edib.

Milli.Az auto.az-a istinadən bildirir ki, Şanxay avtosalonunda təqdim edilmiş prototipdən fərqli olaraq, daha çox təkmilləşdirilmiş krossover Skoda Vision E Concept seriyalı avtomobilə bənzəyir.

Bundan əlavə, Skoda Vision E Concept Çexiya brendinin ilk elektrikli nəqliyyat vasitəsidir. O, 3-cü mərhələ avtonom idarəetmə sistemi ilə təchiz olunub. Tam dolu enerji ilə 500 km məsafə qət edə bilir.

Skoda Vision E Concept iki elektrik mühərrikindən qidalanır. Ümumi güc 302 (306) a.g.-dür. Dartma qüvvəsi dörd təkərin hamısına ötürülür. Avtomobilin maksimal sürəti 180 km/saatdır.

Hər iki konseptin texniki hissəsi bənzərdir. Yalnız xarici görünüşdə fərq var. Məsələn, Frankfurt-2017-də təqdim edilmiş krossover Skoda Vision E Concept-in yeni 2 üçkünc barmaqlığı olan qabaq paneli var, bamperlər qara rəngdə işlənib, o cümlədən yeni təkərlər alıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/583681.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR