İŞİD-in anbarlarından ABŞ silahı çıxdı

İŞİD-in anbarlarından ABŞ silahı çıxdı
23:13 15 Oktyabr 2017
77 Dünya
Ölkə mətbuatı
A- A+

Suriya ordusunun azad etdiyi Mayadin şəhərindəki İŞİD-ə aid anbarlarda xeyli sayda silah-sursat aşkarlanıb.

Publika.az xəbər verir ki, bu barədə Suriya ordusunun polkovniki Rəhmi Mauvas açıqlama verib.

“Buradakı anbarlar həqiqətən də çox böyükdür. Gördüyüm silahların miqdarı məni xeyli təəccübləndirdi. Burada İsrail, ABŞ, Qərb və Şərq ölkələrində istehsal olunan yüzlərlə, hətta minlərlə silah var”, - deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Rusiya Müdafiə Nazirliyi əməliyyat nəticəsində Mayadindəki İŞİD terror qruplaşmasının zərərsizləşdirildiyini və şəhərin tamamilə azad edildiyini açıqlamışdı. (axar.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/217104.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR