İspaniyada iki nəfər meşə yanğınlarının qurbanı olub

İspaniyada iki nəfər meşə yanğınlarının qurbanı olub
02:27 16 Oktyabr 2017
108 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 oktyabr. REPORT.AZ/ İspaniyanın Qalisiya muxtar regionunda baş verən meşə yanğınları nəticəsində 2 nəfər həyatını itirib.
“Report” xəbər verir ki, bu barədə Pontevedra əyalətinin Niqran bələdiyyəsinin meriyasına istinadən yerli KİV məlumat yayıb.
İdarənin məlumatına görə, onlar alovun düz mərkəzində qalan mini-furqonun içində yanaraq ölüblər.
Hazırda regionda bir sıra evlər və Viqoda bir tələbə yataqxanası təxliyyə edilib. Küləyin sürətinin saatda 35-39 kilometrə çatacağı gözlənilir.

***01:58
Bakı. 16 oktyabr. REPORT.AZ/ İspaniyanın şimal-qərbində yerləşən Qalisiya muxtar regionunda meşə yanğınları baş qaldırıb.
“Report” xəbər verir ki, bu barədə "BLN News" nəşri öz "Twitter" mikrobloqunda məlumat yayıb.
Bildirilir ki, əsən güclü külək vəziyyəti xeyli çətinləşdirir.
İnsidentin təfərrüatları müəyyənləşdirilir.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-spaniyada-iki-nefer-mese-yanginlarinin-qurbani-olub-vi-deo

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR