Sızanaqlara və qırışlara qarşı BAL MASKASI

Sızanaqlara və qırışlara qarşı BAL MASKASI
07:52 16 Oktyabr 2017
140 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dəri baxımında hər növ dəri tipi üçün istifadə edə biləcəyiniz yeganə ərzaq baldır. Milli.Az ailem.az-a istinadən dəri baxımı üçün iki möhtəşəm bal maskası təqdim edir.

Sızanaqlara qarşı bal maskası
 
1 çay qaşığı yulaf
1 çay qaşığı portağal
1 çay qaşığı bal
 
Bunları qarışdırdıqdan sonra barmaq ucları ilə masaj edərək qarışımı üzünüzə çəkin. 15 dəqiqə gözləyib ilıq su ilə yuyun.
 
Qırışlar əleyhinə maska
 
1 ədəd nar
1 yemək qaşığı bal
 
Narı əzdikdən sonra içinə 1 xörək qaşığı bal qarışdırın. Üzünüzə və boynunuza çəkin. 30 dəqiqə sonra durulayın. Bu maskanı həftədə 2-3 dəfə edə bilərsiniz.

Əgər dəridəki ləkələr çox tünddürsə, içinə bir neçə damcı limon da əlavə edə bilərsiniz.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/588569.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR