SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT
07:57 16 Oktyabr 2017
302 Maraqlı
Ölkə mətbuatı
A- A+

70 il mövcud olmuş SSRİ haqqında faktlar həmişə maraq doğurub. SSRİ-də həyat, iş, qidalar, yaşayış tərzi və həyatın bütün sahələrinin necə olduğu haqda müzakirələr yəqin ki, gələcəkdə də aparılacaq.

Milli.Az SSRİ haqda çox az adamın bildiyi 10 faktı təqdim edir:

1. II Dünya müharibəsi başa çatandan sonra Stalin əmr verdi ki, SSRİ-dəki şərabların tərkibi məşhur Fransa şərablarının tərkibi ilə eyni olmalıdır. SSRİ dağılmasına baxmayaraq, həmin vaxtdan istehsal olunan şərablar bu gün də var.

2. SSRİ-nin məşhur "Pobeda" avtomobili istehsal olunanda ona "Vətən" adını vermək istəyirmişlər.

3. Sovet İttifaqı həm də kilkə konservləri ilə məşhur idi. Cəmi 33 qəpiyə olan bu konservlərin keyfiyyəti indiki məhsullardan qat-qat yaxşı idi. Lakin SSRİ vaxtında bu, ən aşağı keyfiyyətə malik olan məhsul hesab olunurdu. Sadəcə olaraq, ucuz olduğu üçün kütləvi tələbat yaranmışdı. Ən maraqlısı isə insanların bu konservlərə verdiyi ad idi: "Qardaşlıq qəbri".

4. SSRİ-də xalq pendirə "drujba" (dostluq) deyirdi.

5. Məşhur "Slançı" rezin tərliklər istehsal olunduğu şəhərin adını daşıyırdı.

6. "Alyonka" şokoladları SSRİ-də brend hesab olunurdu. Hətta yüz minlərlə insan öz qızlarına bu şokoladın şərəfinə Alyonka adını verirdilər. İş o yerə çatdı ki, sonda uşaqlara bu adın verilməsi qadağan olundu.

7. "Doktorska" kolbasasının tərkibi yeni istehsal olunanda donuz əti, yumurta və mal ətindən ibarət idi. Buna görə də çox dadlı kolbasalar hesab olunurdu. Lakin sonradan kolbasanın tərkibinə balıq qatmağa başladılar. Hətta bir müddət sonra kağız da qatdılar. Buna görə də "Doktorska kolbasası tualet kağızı dadır" deyimi dillərdən düşmürdü.

8. SSRİ-də "tualet kağızı" tapılmırdı. Kimdə "tualet kağızı" var idisə, hər kəs ona həsəd aparardı.

9. "Skuşonnı maloko"nın tərkibi 90 faiz yağlı süddən ibarət idi. Ona görə də çox dadlı idi.

10. SSRİ-də iş məsələsi çox vacib idi. Hamı üçün istirahət günü bircə bazar günü idi. Yeni uşağı olan analar 3 aydan sonra mütləq işə çıxmalı idi. Yeni il tətili yalnız bir gün idi və hər kəs yanvarın 1-də işdə olmalı idi. (publika.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/588650.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR