Sinayda terrorçular nəzarət-buraxılış məntəqəsinə hücum ediblər, ölən və yaralananlar var

Sinayda terrorçular nəzarət-buraxılış məntəqəsinə hücum ediblər, ölən və yaralananlar var
08:22 16 Oktyabr 2017
44 Dünya
Ölkə mətbuatı
A- A+

Misirdə, Sinay yarımadasının şimalında terrorçular nəzarət-buraxılış məntəqəsinə hücum ediblər.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hücum nəticəsində güc strukturları arasında ölənlər və yaralananlar olub, onların sayı açıqlanmır.

Məlumata əsasən, terrorçuların saxlanılması üçün xüsusi əməliyyat keçirilir.

Qeyd edək ki, ötən cümə günü Misirin əl-Ariş şəhərində terrorçuların hücumu nəticəsində 6 hərbçi həlak olub, bir neçəsi isə yaralanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/590501.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR