İraq qoşunları Kərkükə girdi - FOTO

İraq qoşunları Kərkükə girdi - FOTO
15:05 16 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

İraqın Müdafiə Nazirliyinin birliklərii və İranın dəstəklədiyi "Həşdi Şabi" dəstələri Kərkük şəhərinə daxil olublar.

Milli.Az bildirir ki, şəhərdə Kərkükü tərk etmək istəməyən kürd "peşmərgə"lərlə iraq hərbçiləri arasında sporadik döyüşlər gedir.

Hazırda İraq ordusu strateji baxımdan çox böyük önəm daşıyan K1 hərbi bazasını ələ keçiriblər. Bazaya helikopterlərlə İraq ordusunun xüsusi təyinatlıları daşınır.

K1 bazası ilə yanaşı, İraqın "Şimal Neft Şirkəti"nin kompleksi, habelə neft-qaz strukturunun bir sıra obyektləri də iraqlı hərbçiləri nəzarətindədir.

Dəkukdakı bazanı da "peşmərgə"lər tərk ediblər.

Kərkükdə kürdlərin öz aralariında toqquşmalar başlanıb. Mərhum C.Tələbaninin tərəfdarları ilə Kürdüstan Muxtariyyətinin lideri Məsud Bərzaninin tərəfdarları arasında döyüşlər gedir.

Kərkükdə kürdlərin terrorçu PKK təşkilatının mənsubları da var.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/590699.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR