DYP-nin evakuatorları müvəqqəti ləğv edildi - Maşınlar cərimə meydançasına aparılmayacaq

DYP-nin evakuatorları müvəqqəti ləğv edildi - Maşınlar cərimə meydançasına aparılmayacaq
15:08 16 Oktyabr 2017
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda DYP evakuatorlarının fəaliyyətinin ləğv edilməsi barədə xəbərlər yayılıb.

Bildirilir ki, bundan sonra sürücülər dayanma-durma qaydasını pozarkən maşınlar cərimə meydançasına aparılmayacaq. Lakin yol polisi əməkdaşları həmin avtomobilin sürücüsü barəsində hər yarım saatdan bir inzibati protokol tərdib edə bilər. Bütün bunlar sürücülərin bir-birinə sevinərək verdiyi xəbərlərdir.

Həqiqətən də ötən həftənin cümə günündən etibarən Bakıda dövlət yol polisinə məxsus evakuatorların fəaliyyəti dayandırılıb. Yəni dayanma-durma qaydasını pozan maşınlar cərimə meydançasına aparılmayıb. Bu gün də eyni mənzərə müşahidə olunur. Lakin bu hal daimi olmayacaq. Bakıdakı cərimə meydançaları qışa hazırlıq məqsədilə təmir edilir, asfalt döşənir. Bu səbəbdən də cərimə meydançalarına maşın aparılması müvəqqəti olaraq dayandırılıb. Bir həftə sonra proses davam edəcək. (avtosfer.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/217188.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR