Qar yağır, Bakının bənizi bəyaz - FOTO

Qar yağır, Bakının bənizi bəyaz - FOTO
12:37 9 Yanvar 2015
185 Sosial
Ölkə mətbuatı
A- A+

Uşaqlıq illərimizdə həsrətlə gözlədiyimiz, gəlişini az qala iplə çəkib gətirdiyimiz adam kimdi? Təbii ki, Şaxta baba.
O gələndə hədiyyələr gətirərdi - həmin hədiyyəni bir gün əvvəl anamız və ya atamız alsa belə, şirindi, həsrətli idi, gözləniləndi.
 
Şaxta babanın gətirdiyi şaxta yox, hədiyyə olduğundan, bu süni romantikalı obrazın pırtlaşıq pambıq saqqalının arxasında bəzən qırxılmamış simanın olduğunun da fərqinə varmazdıq.
Bakının qışı da elə həmin Şaxta baba kimidir. Şaxtası zəif, özü qarışıq simalı.
 
Milli.Az bildirir ki, həmişə, hər il olduğu kimi şəhərin kommunal xidmətləri üçün "qəflətən" gələn qışın yağdırdığı qar polisdən tutmuş, yol xidmətlərini "gücləndirilmiş rejim"ə keçirib. Belə durumda kim necə və nə yolla güclənir, maraqlı olsa da, Bakıda dünən yağan ilk qar hind filmlərindəki kövrəlmə seanslarından tutmuş, Hollivudun "action" lentlərindəki blokbaster ssenarilərini bizə zorla yaşatdı.
 
Əlqissə, gələk başımıza yağıb küçələri sürüşdürən qar mənzərələrinə.

Milli.Az

Böyütmək üçün şəkillərə kilkləyin
 
"İlk qar yağsaydı" deyib gözləyənlər indi avtobus həsrətində



Qar təmizləyənin bir hovuru



"Budur qar?! Budur romantika?! Brrrr"



"Yenə gecikirəm. Qar da yağmağa vaxt tapdı da..."



Kimə problem, kimə də əyləncədir qar



Soyuq kəsik kəlləni də üşüdüb



Sürüşkən səkini qardan təmizləməkdənsə, olduğu kimi saxlamaq daha məsləhət deyilmi?






Foto: Ceyhun Ələkbərov













RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR