"SOCAR Energy Ukraine" dizel yanacağının keyfiyyətinin müəyyən edilməsi üçün yeni texnologiya tətbiq edir

"SOCAR Energy Ukraine" dizel yanacağının keyfiyyətinin müəyyən edilməsi üçün yeni texnologiya tətbiq edir
17:27 16 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Kiyev. 16 oktyabr. REPORT.AZ/ "SOCAR Energy Ukraine" şirkəti bu il "SocTrade" Ukrayna-İsveç şirkətindən dizel yanacağının keyfiyyətinin müəyyən edilməsi üçün ən son avadanlıq alıb.
Bu barədə "Report"un Ukrayna bürosuna "SocTrade" şirkətinin yerli satış şöbəsinin rəhbəri Mixail Qrinko bildirib.
"SOCAR-ın aldığı avadanlıq filtrasiya bacarığının ən son hədd temperaturunu ölçmək üçün nəzərdə tutulub. Bu, dizel yanacağını yay/qış kimi təsnifləşdirmək üçün əsas göstəricidir. Mənfi temperaturda məhz qış yanacağından istifadə etmək çox vacibdir, əks təqdirdə avtomobiliniz işə düşməyəcək. Bu, dünyada ən kompakt, çoxprofilli və ekoloji cəhətdən təmiz cihazdır", - M.Qrinko deyib.
Onun sözlərinə görə, bu, idarəetməsi "iPad" vasitəsilə həyata keçirilən ən innovativ cihazdır, məlumatların və elektrik enerjisinin ötürülməsi "hava" ilə baş verir. Cihaz bir çox cəhətlərinə görə rəqiblərin analoji məhsullarını qabaqlayır.
Cihaz Hollandiyada hazırlansa da, Ukrayna qanunvericiliyinin bütün tələblərinə cavab verir.
M.Qrinko vurğulayıb ki, cihaz dünya bazarına cəmi iki il əvvəl çıxarılıb.
Qeyd edək ki, "SOCAR Energy Ukraine" və "SocTrade" şirkətlərinin əməkdaşlığı, təxminən, üç il əvvəl başlayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/socar-energy-ukraine-dizel-yanacaginin-keyfiyyetinin-mueyyen-edilmesi-ucun-yeni-texnologiya-tetbiq-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR