IMF inkişafda olan ölkələrə xəbərdarlıq edib

IMF inkişafda olan ölkələrə xəbərdarlıq edib
19:22 16 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 oktyabr. REPORT.AZ/ Beynəlxalq Valyuta Fondu (IMF) inkişaf etməkdə olan ölkələrə dünyada yumşaq monetar şərtlər davam etdiyi müddətdə öz maliyyə vəziyyətlərini düzəltməyə çağırıb. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu açıqlama ilə IMF-in icraçı direktorunun müavini Tao Janq çıxış edib. 
Janq bildirib ki, nə qədər ki, qlobal maliyyə bazarlarında faizlər aşağı səviyyədədir, inkişaf etməkdə olan ölkələr hazırda mövcud olan ucuz maliyyələşmə şərtlərindən istifadə etməlidir. Çünki, borc bazarında normallaşma başladıqda maliyyələşmənin maya dəyəri artacaq və borc almaq çətinləşəcək.
Fond rəsmisi qeyd edib ki, inkişaf etməkdə olan bir çox ölkənin valyutada yüksək borcları var. İnkişaf etmiş ölkələrin mərkəzi bankları sərt monetar siyasətə keçdikcə dolların məzənnəsi yüksələcək. Belə ki, FED tədricən faizləri artırmağa davam edəcək, ECB isə monetar ekspansiyanı azaldacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/imf-inkisafda-olan-olkelere-xeberdarliq-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR