"Apple"ın həmtəsisçisi yeni tədris platforması yaradıb

"Apple"ın həmtəsisçisi yeni tədris platforması yaradıb
19:47 16 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 oktyabr. REPORT.AZ/ 1976-cı ildə Stiv Cobsla birgə "Apple" şirkətini təsis edən Stiv Voznyak yeni biznes - "Woz U" tədris platforması yaradıb. "Report"un "Vesti.ru"ya istinadən verdiyi məlumata görə, yeni layihə İT sahəsində zəruri olan biliklərin öyrədilməsi və texnologiya sahəsində məşğulluğun populyarlaşmasına xidmət edəcək.
S.Voznyak bütün dünya üzrə ən müxtəlif sahələrə (proqram təminatının hazırlanmasından kibertəhlükəsizliyə qədər) dair kurslar təklif edən 30 tədris mərkəzini zaman keçdikcə şəbəkəyə çevirmək istəyir.
"Woz U" təhsil alacaq şəxslərə mentorlar, habelə şəxsi İT şirkətini qurmaq istəyənlərə startap-akselerator qurmağı təklif etmək niyyətindədir.
"Woz U"-nun əsas məqsədi elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat sahəsində karyeraya həvəsi artırmaqdır.

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/apple-in-hemtesiscisi-yeni-tedris-platformasi-yaradib56

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR