Amaliya Pənahovadan illər sonra etiraf: "Sevişmə səhnələrini məşq edəndə..."

Amaliya Pənahovadan illər sonra etiraf: "Sevişmə səhnələrini məşq edəndə..."
20:52 16 Oktyabr 2017
309 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti, tanınmış aktrisa Amaliya Pənahova indiyədək yalnız bir dəfə küsülü olduğu həmkarı ilə səhnəyə çıxdığını etiraf edib.

Milli.Az xəbər verir ki, yenicag.az-a açıqlama verən aktrisa uzun illərdən sonra ilk dəfə olaraq həmin aktyorun adını çəkib:

"Bunu ilk dəfədir ki, sizə deyirəm. Həyatımda yalnız bir dəfə - "Təhminə və Zaur" tamaşasında küsülü olduğum tərəf müqabilimlə səhnəyə çıxmışam: o aktyor da Fuad Poladov olub. Əslində, küsməyimizə ciddi bir səbəb də yox idi. Tamaşa ilə bağlı fikirayrılığı vardı, buna görə də danışmırdıq. Təsəvvür edin, biz küsülü ola-ola səhnəyə çıxıb, məşq edirdik. Hətta sevişmə səhnələrini belə məşq edəndə heç kəs küsülü olduğumuzu hiss etmirdi. Lakin premyera günü barışdıq və indiyə qədər də canbir qəlbdə dostuq. Tamaşadan sonra o, gəlib məni təbrik etdi və bununla da buzlar əridi. Fuad çox böyük sənətkardır, bunu hər kəs bilir. Mən onun xəstəlik xəbərinə çox üzülürəm, tezliklə şəfa tapmasını arzulayıram".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/590742.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR