"Nə alçaq ərin var!" - azərbaycanlı aktrisaya küçədə şok yaşatdılar - FOTO

"Nə alçaq ərin var!" - azərbaycanlı aktrisaya küçədə şok yaşatdılar - FOTO
21:17 16 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Aktrisa Ruhiyyə Həsənova "Laləli saray" serialındakı roluna görə ən çox tənqid olunan aktrisalar sırasındadır. Aktrisa Milli.Az-a tamaşaçıların ona olan nifrətindən danışıb.

"Tamaşaçılar "Laləli saray" serialında oynadığım Aygün roluna görə mənə sözün əsl mənasında düşmən kəsiliblər, mənə nifrət edirlər. Qarğış edən kim, tənqid edən kim. Yazırlar ki, bu Aygünün başından güllə əksikdir. Biri o gün yolda məni saxlayıb deyir ki, nə alçaq ərin var! Dedim ki, hansını deyirsiniz? (gülür). Deyirlər ki, çıx get o evdən. Bütün bu tənqidləri normal qəbul edirəm. Çünki həyatda hamı mənim necə biri olduğumu bilir. Əgər tamaşaçıya təsir etmişəmsə, deməli pis deyil", - deyə aktrisa bildirib.

Əli Rəhimoğlu

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/590364.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR