"Suriyada antiterror əməliyyatı başa çatmaq üzrədir"

"Suriyada antiterror əməliyyatı başa çatmaq üzrədir"
21:42 16 Oktyabr 2017
60 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyada həyata keçirilən antiterror əməliyyatı başa çatmaq üzrədir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu israilli həmkarı Aviqdor Libermanla görüşdə bəyan edib.

"Suriyada əməliyyat başa çatmaq üzrədir. Hazırda təcili həllini və Suriyadakı vəziyyətin gələcək inkişafı perspektivinin müzakirəsini gözləyən bir neçə amil mövcuddur", deyə S.Şoyqu bildirib.  
 
Onun sözlərinə görə, hərbi və hərbi-texniki əməkdaşlıq məsələlərindən əlavə, əsas məsələ terrorizmlə mübarizə və regiondakı vəziyyətdir. Rusiya müdafiə naziri həmkarına  Yaxın Şərqdəki vəziyyətlə bağlı bir sıra məsələləri müzakirə etməyi təklif edib.
 
Qeyd edək ki, Sergey Şoyqu bu gün İsrailə səfər edib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/590840.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR