Əmizdirən ana üçün QADAĞAN OLUNMUŞ QİDALAR

Əmizdirən ana üçün QADAĞAN OLUNMUŞ QİDALAR
22:12 16 Oktyabr 2017
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Əmizdirmə zamanı ana sağlam, çeşidli və tamdəyərli qidalanmalıdır. Ana düzgün qidalanmadıqda, müəyyən qaydalara riayət etmədikdə, bu uşaqda allergiyaya, köpə, ishala və ya əksinə qəbizliyə səbəb olur.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, əmizdirmə zamanı bəzi qidaların istehlakı uşaq üçün potensial təhlükə yaradır. Bu ilk növbədə yüksək allergik xüsusiyyətlərə malik olan məhsullardır:

- bal
- qoz, fındıq, araxis və s.
- balıq
- sitrus meyvələri
- şokolad
- kakao
- sitrus meyvələri
- qırmızı rəngdə olan istənilən meyvə, giləmeyvə və tərəvəzlər
- yumurta
- göbələk
- ekzotik meyvələr.

Bu qidaların istehlakı bir çox uşaqlarda allergik reaksiyalara səbəb olur ki, pediatrlar bu qidalardan xüsusilə ilk aylarda imtina etməyi tövsiyə edirlər. Daha sonra bu qidaları az miqdarda qidalanmaya daxil etmək olar - məsələn, gün ərzində 1-2 tikə şokolad, 1 dilim portağal və s.

Həmçinin kolbasa-sosis, konservlər, mayonez, hisə verilmiş məhsullar kimi faydalı olmayan qidalar da əmizdirən qadının rasionundan çıxarılmalıdır.

İlk aylarda körpələr köpdən əziyyət çəkir. Bu aylarda ana köpə səbəb olan qidalardan imtina etməlidir. Bu qidalar arasında: kələm, lobya, noxud, mərci, turp, çuğundur, təzə meyvələr, mayalı xəmirdən hazırlanmış un məmulatları, qazlı içkilər, süd məhsulları.

Həmçinin əmizdirən ana kifayət qədər təmiz su içməlidir ki, onun orqanizmində süd məhz mayedən əmələ gəlir. Ana az su içirsə, bu südün ifrazını azaldır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/590657.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR