Qəbizliyin QORXULU FƏSADLARI

Qəbizliyin QORXULU FƏSADLARI
22:27 16 Oktyabr 2017
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Qəbizlik ən yayılmış pozulmalardan biridir. İnsanların əksəriyyəti qəbizliyi ciddi pozulma hesab etmir.

Lakin bu çox təhlükəli yanılmadır. Milli.Az saglamolun.az-a istinadən bildirir ki, mütəxəssislər xəbərdarlıq edir ki, xroniki qəbizlik br çox ciddi xəstəliklərin inkişafına təkan verə bilər. Bu səbəbdən qəbizliyi mütləq vaxtında müalicə etmək lazımdır. Belə ki, xroniki uzunsürən qəbizlik bu kimi xəstəliklərə səbəb ola bilər:

1. Babasil. Xroniki qəbizlik babasilin ən yayılmış səbəbidir.
2. Düz bağırsağın çatı. Belə çatlar qanaxmalara səbəb olur, çat irinləyə və iltihablaşa bilər.
3. Bağırsaq keçməməzliyi. Bu olduqca təhlükəli ağırlaşmadır ki, vaxtında müalicə olunmadıqda bağırsaq keçməməzliyi hətta peritonitə və ölümə səbəb ola bilər.
4. Düz və yoğun bağırsağı xərçəngi. Mütəxəssislərin fikrinə görə, xroniki qəbizlik bu xərçəng növləri üçün ən ciddi risk faktorudur.
5. Kolit - yoğun bağırsağın iltihabı. Bu xəstəlik çox ciddi ağırlaşmalar verir: qanaxma, peritonin, sepsis.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/590660.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR